KATV1 şirkəti 2016-cı il üçün strategiyasını açıqladı

KATV1 şirkəti 2016-cı il üçün strategiyasını açıqladı
10:57 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ən qabaqcıl telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti özünün 2016-ci il üçün nəzərdə tutulan fəaliyyət strategiyasını açıqladı. 2016-cı ildə şirkət öz diqqətini internet-texnologiyaların inkişafına, şəbəkə infrastrukturunun genişləndirilməsinə, sosial, xüsusən də sahə üzrə layihələrin dəstəklənməsinə yönəldəcək, həmçinin bu çətin maliyyə durumunda öz tarif siyasətini məhz istehlakçıların xeyrinə optimallaşdırmaq üçün maksmimum səy göstərəcək.

İnternet-texnologiyaların inkişafı

Bu il KATV1 şirkəti məhz internet-texnologiyalarına əsaslanan öz məhsullarını inkişaf etdirəcək. Xüsusilə Myvideo.az portalının servisləri genişləndiriləcək və təkmilləşdiriləcək, həmçinin televizora baxmağa və televizor vasitəsilə müxtəlif tətbiqetmələrdən (Facebook, Youtube, Instagram və s.) istifadə etməyə imkan verən Smart Box cihazının proqram təminatı optimallaşdırılacaq.

Onu da qeyd etmək lazımdır ki, internet-istifadəçilərin bu və ya digər problemlərinin həllinə yönələcək KATV1-in yeni media və servis layihələri də hazırda hazırlanma mərhələsindədirlər.

Şəbəkə infrastrukturunun genişləndirilməsi

Daha çox sayda istehlakçını yüksəksürətli və genişzolaqlı internetə çıxışla təmin etmək məqsədilə KATV1 bu il də öz şəbəkə infrastrukturunu genişləndirməyə davam edəcək. Paytaxt Bakıdan başqa ölkənin digər iri şəhərlərində də (Sumqait, Mingəçevir və Gəncə) müvafiq infrastruktur genişləndiriləcək. KATV1 şirkətinin təqdim etdiyi internet-xidmətlərin ən başlıca üstünlüyü onların optik kanallar və Ethernet-texnologiyası üzərindən göstərilməsidir ki, bu da ADSL-xidmətlərdən (telefon xətti ilə) fərqli olaraq daim bəyan edilmiş sabit yüksək sürəti təmin edir.

Bu il şirkət çalışacaq ki, elan edilən yüksək keyfiyyətə, həmçinin hətta artıq yüklənmə zamanı belə kəsintisiz, fasiləsiz və itkisiz stabil sürətə zəmanət vermək məqsədilə daha çox sayda abunəçiyə geniş buraxılış qabiliyyətli ayrılmış fərdi rabitə kanallarını təqdim etsin.

Sosial korporativ məsuliyyət

KATV1 şirkəti televiziya və yüksək texnologiyalar sahəsindəki kadr potensialının artırılmasına istiqamətlənən sahə üzrə müxtəlif sosial layihələrin həyata keçirilməsini də davam etdirəcək. Bu il texniki ixtisası olan tələbələr arasında müvafiq müsabiqənin keçirilməsi planlaşdırılır. Müsabiqədə fəal iştirak edən tələbələr əlavə peşəkar təhsil almaq və təcrübə keçmək üçün əla imkan əldə edəcəklər.

Bundan əlavə şirkət internet-televiziya sahəsindəki startapları dəstəkləmək, müxtəlif formatlı internet-radioların yaradılmasına köməklik göstərmək və ayrı-ayrı maraqlı heyətlərə texniki dəstək göstərmək niyyətindədir. Ən vacib layihələrdən biri KATV1 yanında gənclər prodüser mərkəzinin yaradılması layihəsidir.

Cari ildə KATV1 şirkəti AG FM beynəlxalq milli musiqi radiokanalını da inkişaf etdirməyə davam edəcək. Məlumdur ki, hazırda sözügedən radiokanal Gürcüstanda yayımlanır və qısa müddət ərzində həmin ölkədə çox populyar oldu. Sözügedən radiokanalın coğrafiyasının soydaşlarımızın yaşadığı digər xarici ölkələrdə də genişləndirilməsi məsələsi planda var.

Türkdilli dövlətlərdə mədəni təbliğat üçün platforma rolunu oynayan TMB beynəlxalq telekanalın dəstəklənməsi də mütləq davam etdiriləcək. Qeyd etmək lazımdır ki, Rusiyanı əhatə etmək məqsədilə ötən il TMB RU-nun yayımına start verilib. Həmçinin TMB telekanalı "Türkvizyon" beynəlxalq mahnı yarışmasın təsisçisidi.

KATV1 şirkəti yaxşı idman nəticələri nümayiş etdirən "Zirə" futbol klubunu da fəal şəkildə dəstəkləməyi planlaşdırır. Qeyd edək ki, operator futbol klubuna texniki dəstək göstərir.

Tarif siyasətinin optimallaşdırılması

Enerji daşıyıcılarının qiymətlərinin düşməsi və sonrakı devalvasiya ilə əlaqədar olaraq yaranmış bu çətin iqtisadi duruma baxmayaraq KATV1 şirkəti bundan sonra da öz xidmətlərini abunəçilərin maraqlarını nəzərə almaqla göstərəcək. Lakin operatorun xarici amillərdən asılılığı (müxtəlif telekanalların yayım hüquqlarının, bahalı avadanlığın, internetin dollar və avro ilə alınması) mövcud tariflərin qorunub saxlanması imkanına mühüm dərəcədə təsir edir. Xüsusən qeyd etmək lazımdır ki, KATV1 şirkəti "tv+internet" endirim kampaniyasını dayandırmalı oldu. Hazırda operator xidmətlərin maya dəyərlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir və 2016-cı ildə məhz istehlakçıların maraqlarını qorumaq niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/397753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR