Azərbaycanda iki uşaq atası özünü asdı

Azərbaycanda iki uşaq atası özünü asdı
11:04 14 Yanvar 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.

 

Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

 

K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.

 

Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR