İnspektor borca görə özünü asdı (FOTO)

İnspektor borca görə özünü asdı (FOTO)
11:36 14 Yanvar 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə intihar hadisəsi hadisəsi baş verib. Dövlət qurumunun işçisi özünü asıb.

Gəncə Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Hüseyn oğlu Yaqubov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

33 yaşlı kişinin asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb və dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Kamal Yaqubovun külli miqdarda borcu olduğu və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

İntihar edən şəxsin iki azyaşlı övladı var və o, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inspektoru olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğundan cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Kamal Yaqubov- Özünü asan şəxs


Ölkədə sonuncu intihar hadisəsi ötən gün Bakıda qeydə alınıb. Suraxanı rayonu Ramana qəsəbəsində, Samir Əliyev küçəsində qeydə alınan hadisədə “Şuşa şəhərciyi”ndə məskunlaşan Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zəfər Səmiran oğlu Quliyev qəsəbə ərazisindəki ağaclıqda özünü asıb. Onun ağacdan asılmış meyitini ərazidən keçən sakin görərək polisə müraciət edib. Özünü asan kişi ailəli olub və övladları var.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR