Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında

Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında
11:57 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yusif Bağırovun cinayət işi üzrə məhkəmə başlayıb. Milli.Az report-a istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR