Sultanəhməd terrorunun arxasından Suriya kəşfiyyatı çıxdı

Sultanəhməd terrorunun arxasından Suriya kəşfiyyatı çıxdı
12:04 14 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Sultanəhməd meydanında 1-i terrorçu olmaqla 11 nəfərin ölümünə səbəb olan qanlı teraktla bağlı həbs edilənlərin sayı 7-yə çatıb.

 

Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, polis və xüsusi xidmət orqanları tərəfindən yaxalanan 7 nəfərdən 3-ü Suriyanın kəşfiyyat orqanı olan “El Muhaberat”ın agentidir. Həmin şəxslər terroru Şanlıurfa-Ankara-İstanbul xətti üzrə planlaşdırıblar və bu yolla şəhərə gəliblər.

 

Bildirilir ki, “El Muhaberat” agentləri İŞİD üzvü olan “canlı bomba”nı idarə ediblər və onun “təhlükəsiz şəraitdə” İstanbula daxil olmasını təmin ediblər. Həmçinin o da məlum olub ki, terrorçunun ilk olaraq işə salmağa çalışdığı partlayıcı qurğu partlamayıb. Bundan sonra o, digər qurğunu işə salıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR