"Terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında azərbaycanlı yoxdur" - XİN

"Terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında azərbaycanlı yoxdur" - XİN
12:05 14 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

İlkin məlumata əsasən, İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR