Xatirə rayon musiqiçilərini bəyənmədi, aşıq əsəbiləşdi - Video

Xatirə rayon musiqiçilərini bəyənmədi, aşıq əsəbiləşdi -  Video
12:31 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aşıq Mübarizlə müğənni Xatirə İslam arasında xoşagəlməz anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində bəzi rayon musiqiçilərini pisləyib.

“Oxuya bilənlə, oxuya bilməyən eyniləşib. Rayona toya gedəndə görürsən ki, hərəsi bir notla ifa edir. Eləsini görəndə canlı oxumuram. Yaxşı musiqiçi görəndə, köməkçiyə deyirəm ki, “Diskdən heç nə qoyma”.

Xatirə İslamın bu sözləri aşıqı əsəbiləşdirib. “Ola bilsin ki, Xatirə xanım rayonda zəif musiqiçi ilə qarşılaşıb. Elə ən yaxşı musiqiçilər, əjdahalar rayonlardan çıxıb. Əlinə sənət alıb, gəlib oxuyursa, demək ona ehtiyac var. Mənim də yaşım az deyil, rayondan gəlmişəm. Musiqiçi zəifdirsə, onu efirdə demək olmaz. Heç bir musiqiçi zəif deyil. Ola bilsin ki, ilk dəfə bir yerdə olmusunuz, bir-biriniz başa düşməmisiniz".

Xatirə İslam “Siz məndə heç vaxt səhv tuta bilməzsiniz. Bütün musiqiçilərə cavabdeh ola bilməzsən. Elə ifaçılar var ki, əlinə sənət alıb, amma oxuya bilmir” deyə, cavab deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR