Polis məktəbdəki insidenti araşdırır - şagirdi döyən müəllim dindirilib

Polis məktəbdəki insidenti araşdırır - şagirdi döyən müəllim dindirilib
12:37 14 Yanvar 2016
118 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə əlaqədar təhsil müəssisəsinə polis əməkdaşları gəlib.

Milli.Az bildirir ki, bu barədə report-a məktəbin direktoru Tahirə Səfərova məlumat verib.

Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər 3-cü Polis Bölməsinin əməkdaşları məktəbdə məsələ ilə əlaqədar araşdırma aparır, hadisəni törədən İdris Hüseynovdan, habelə şagirdlərdən (onlar VIII sinif şagirdləridir) ifadə alır.

Məktəb direktoru onu da qeyd edib ki, tarix müəllimi İdris Hüseynovun işdən çıxmaqla bağlı yazdığı ərizə Sumqayıt Şəhər Təhsil Şöbəsinə təqdim edilib: "Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb. Məlum olub ki, görüntülər Sumqayıt şəhəri 22 saylı məktəbdə keçən həftə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR