AFR DİN: Ölkədə Paris ssenarisi üzrə terror aktları törədilə bilər

AFR DİN: Ölkədə Paris ssenarisi üzrə terror aktları törədilə bilər
12:53 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 14 yanvar, AZƏRTAC
AFR Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Almaniyada Paris ssenarisi üzrə terror aktları törədilməsi ehtimalı böyükdür. Almaniyada çıxan “Bild” qəzetinin bugünkü nömrəsində Daxili İşlər Nazirliyinin təhlükəsizlik sahəsində vəziyyətə həsr olunmuş məruzəsinə istinad edilir. Sənəddə göstərilir ki, ölkə “faktiki olaraq cihad tərəfdarlarının zorakılıq hədəfinə çevrilib”, bu, “istənilən vaxtda dövlət müəssisələrinə və mülki müəssisələrə, həmçinin dövlət qulluqçularına və dinc sakinlərə qarşı cinayətlər şəklində təzahür edə bilər”.
Sənədin müəllifləri xəbərdarlıq edirlər ki, noyabrın 13-də Parisdə baş vermiş terror aktlarına oxşar hadisələr Almaniyada da baş verə bilər. Söhbət odlu silahdan və bombalardan istifadə edilməklə silsilə hücumlardan gedir. Belə hücumlar bir neçə gün ərzində törədilə bilər.
Qəzet qeyd edir ki, Suriyada cihad qruplaşmaları tərəfində döyüşənlər daha böyük təhlükə mənbəyidir. Nəşrdə bildirilir ki, “İslam dövləti”nə və ya ona oxşar qruplaşmalara qoşulmuş 850 almandan təxminən 300-ü Almaniyaya qayıdıb. Təhlükəli islamçı hesab edilən daha 420 nəfər isə cinayət işləri üzrə federal idarənin (BKA) nəzarətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFR_DIN_Olkede_Paris_ssenarisi_uzre_terror_aktlari_toredile_biler-918337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR