Şimon Peresin səhhəti qəfil pisləşdi

Şimon Peresin səhhəti qəfil pisləşdi
13:05 14 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin sabiq prezidenti Şimon Peres bu gün səhər saatlarında təcili olaraq xəstəxanaya yerləşdirilib.

Report İsrail KİV-inə istinadən xəbər verir ki, Tel Ha-Şomer müalicə mərkəzinə çatdırılan Ş.Peresin sinəsində şiddətli ağrılar var.

Qeyd edək ki, Ş.Peresin 92 yaşı var. O, hazırda yaşayan ən məşhur israilli siyasətçilərdən biridir. O, uzun karyerası ərzində Knessetin deputatı, xarici işlər naziri, maliyyə naziri, müdafiə naziri və İsrail prezidenti olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR