Azərbaycanda kabel TV xidmətləri bahalaşmayacaq

Azərbaycanda kabel TV xidmətləri bahalaşmayacaq
13:08 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda kabel televiziya operatorlarının göstərdikləri xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hazırda kabel TV xidmətləri tədarükçülərinin əsas vəzifəsi biznesin optimallaşdırılmasıdır: "Hazırda bazarın bu seqmentində göstərilən xidmətlərin maya dəyərinin oprtimallaşdırılması baş verir. Kabel operatorları biznes strukturları olduğuna görə onlar özlərinə itki verərək işləyə bilməzlər. İstehlakçılar qiymət və keyfiyyət nisbəti üzrə daha optimal təklifləri seçməli olacaqlar".

İstisna edilmir ki, bu, kabel TV xidmətləri tədarükçüləri və internet provayderləri arasında rəqabətin kəskinləşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, kabel operatorları iki servis növünü birdən təklif edirlər - TV və "Ethernet" texnologiyası üzrə internetə genişzolaqlı çıxış: "Bu, ümumi dəyərdə son istifadəçiyə eyni xidmətlərə ayrıqlıda qoşulmaqdan daha məqbul qiymətə başa gələ bilər. "Ethernet"in üstünlüyü ondan ibarətdir ki, hər bir istifadəçi məlumatların təmin edilmiş sürətini əldə edir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2480318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR