Rumıniya millisinin üzvü Azərbaycada oynamaq istəmədi

Rumıniya millisinin üzvü Azərbaycada oynamaq istəmədi
13:12 14 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Rumıniya millisinin üzvü Srcan Luçin Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə Rumıniyanın "Poli"  (Timişoara) klubunun idman direktoru Daniel Stanku açıqlama verib.


Klub rəsmisi bildirib ki, ötən il komandanın formasını geyinən Luçin Azərbaycan və Gürcüstandan təklif alıb. Lakin o, Bolqarıstanın "Levski" klubuna getməyə üstünlük verib. Daniel Stanku bildirib ki, hətta Azərbaycan və Gürcüstan klublarının təklifləri "Levski"dən sərfəli olsa da, futbolçu Bolqarıstan təmsilçisini seçib. Buna səbəb isə onun "AVRO-2016"da milli komandanın formasını geyinmək arzusu olub.


Qeyd edək ki, 29 yaşlı futbolçu indiyədək vətənində "Poli" (Timişoara), "Dinamo" (Buxurest) v "Styaua", Bolqarıstanda "Botev" klublarının formasını geyinib. Luçin 2011-ci ildən çağırıldığı Rumıniya millisində 11 oyun keçirib və 1 qol vurub.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR