Paytaxtda yollar tıxanıb

Paytaxtda yollar tıxanıb
17:52 30 Dekabr 2014
90 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac yaranıb
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bayramlar ərəfəsində paytaxtın əsas küçə və prospektlərində tıxac müşahidə olunur.

Tıxac əsasən Nobel prospektində, Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətində və Bülbül prospektində yaranıb.

Bundan əlavə, paytaxtın Yusif Səfərov, Zərifə Əliyeva küçələrindən şəhər istiqamətində, Mikayıl Useynov küçəsindən Azneft dairəsi istiqamətində, Əziz Əliyev küçəsində, Üzeyir Hacıbəyov küçəsində, 28 May küçəsində, Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Abbasqulu ağa Bakıxanov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində, Binəqədi şosesinin hər iki istiqamətində, Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində analoji hal müşahidə olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR