​Ermənistanda partiya lideri həbs edildi

​Ermənistanda partiya lideri həbs edildi
13:22 14 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi tərəfindən "Vətən və Şərəf" Partiyasının sədri Qarnik Markaryan və "Yeqvard idman ayaqqabıları fabriki" Açıq tipli Cəhmdar Cəmiyyətinin baş direktoru Vladimir Arakelyan həbs edilib.

Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə MTX-nın mətbuat xidmət məlumat yayıb.

Məlumata görə, onlar Artur Vardanyan tərəfindən yaradılan cinayətkar qruplaşma ilə əlaqədar olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan da həmin cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.
Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Rəsmi məlumata görə, onlar parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırırmış. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/397822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR