"Yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür"

"Yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür"
13:27 14 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yerli istehsalın həcminin artırılması üçün qanunvericiliyə müəyyən düzəlişlər edilməli, sahibkarlara kreditlərin ayrılması istiqamətində aparılan tədbirlər gücləndirilməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ət və Ət Məhsulları Məmulatları İstehsalçıları Birliyinin sədri Fuad Qulubəyov deyib.

O bildirib ki, bu gün idxaldan asılılığı minimuma endirmək üçün yerli istehsalın həcmini artırmaq lazımdır.

F.Qulubəyov hesab edir ki, bu baxımdan yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür: "Bu sahədə dövlət tərəfindən işlər görülür. Hazırkı iqtisadi şəraitdə istehsalçılar üçün stimullaşdırıcı tədbirlərin görülməsinə, yerli istehsalçıların işinin daha da stimullaşdırılmasına ehtiyac var".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR