Azərbaycan qızıl hasilatını 19% artırıb

13:32 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ötən il yataqdan hasil olunan qızıl əvvəlki ildəkindən 19% artıq olub.
Hesabat ilin sonuncü rübündə yataqdan qızıl hasilatı 17 930 unsiyaya bərabər olub. Ötən il ərzində 63 924 unsiya qızıl satılıb ki, bir unsiyanın qiyməti orta hesabla 1 161 ABŞ dolları təşkil edib.
İlin sonuncu rübündə isə satışın həcmi 15 759 unsiya, orta qiyməti isə 1 108 dollar/unsiya təşkil edib.
Həmçibnin, yataqdan ötən il 28 626 unsiya gümüş (2014-cü ildən 8% az), 969 ton mis (2014-cü ildən 24% artıq) hasil olunub.
Qeyd edək ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerbaycan-qizil-hasilatini-19-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR