Bakıda kolbasa sexində REYD: xeyli yararsız ət aşkarlandı

Bakıda kolbasa sexində REYD: xeyli yararsız ət aşkarlandı
13:34 14 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində növbəti reydlərini həyata keçirib.

 

DBNX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində keçirilən reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş , 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunmuşdur.

Mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran yuxarıda qeyd olunan məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR