Aysel milyarderin qızı ilə eyni geyimdə - FOTO

Aysel milyarderin qızı ilə eyni geyimdə - FOTO
13:37 14 Yanvar 2016
188 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı modelyer Aysel Trudel bu dəfə geyimi ilə media nümayəndələrinin diqqətini çəkib. 

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Ayselin tədbirlərin birində geyindiyi libas dünyaca məşhur milyarder Konrad Hiltonun nəticəsi Nikinin eynisi olub. 

Niki sözügedən libası Nyu-Yorkda İtalyan Moda Evinin açılışında geyinib. 

Qeyd edək ki, Aysel Rusiyada yaşayır. O, Moskvada məşhur moda evinin sahibəsi, dünyaca məşhur "RF", "Christian Louboutin", "Agent Provocateur", " Diane von Furstenberg" kimi brendlərin təmsilçisidir.

Xatırladaq ki, məşhur müğənni-dizayner Peris Hiltonun bacısı olan Niki keçən il digər milyarderlər nəsli olan Rotşildlərin nümayəndəsi Ceymslə ailə qurub. "İlin toyu"nun sahibləri yaxında valideyn olmağa hazırlaşırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR