Rumıniya millisinin futbolçusu Azərbaycan klubuna “yox” dedi

Rumıniya millisinin futbolçusu Azərbaycan klubuna “yox” dedi
13:57 14 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Rumıniya millisinin futbolçusu Srcan Luçin Azərbaycan klubuna keçməkdən imtina edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu 30 yaşlı müdafiəçinin ötən il şərəfini qoruduğu "Politexnika"nın (Timişoara) idman direktoru Daniel Stançu açıqlayıb.

O bildirib ki, neçə aydı pulunu ala bilməyən futbolçu artıq komandadan ayrılıb. Stançu 3 klubdan təklif alan Luçinin seçiminin səbəbini də söyləyib: "Luçun Azərbaycan və Gürcüstandan təkliflər almışdı. Onların təklifi "Levski"nin şərtlərinə çox yaxın idi. Lakin Bolqarıstan klubunun iddiaları futbolçu üçün daha cəlbedici oldu. Bu komanda titul uğrunda mübarizə aparır. Srcan da belə komandada oynayıb, milli məşqçilərinin diqqətindən uzaq düşmək istəmir. Çünki Rumıniya yığması ilə Fransadakı AVRO-2016-da çıxış etmək arzusundadı. Üstəlik, Bolqarıstan çempionatında əvvəllər də oynayan müdafiəçi bu yarışa yaxşı bələddi".
 
Qeyd edək ki, Rumıniya millisinə 5 il əvvəl cəlb olunan Srcan yığmada 11 oyun keçirib, 1 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR