2015-ci il ərzində tranzit nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib

2015-ci il ərzində tranzit nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib
13:58 14 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
2015-ci il ərzində Azərbaycan Respublikası ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisinə tranzit məqsədilə daxil olan və sığorta hadisəsi törətmiş nəqliyyat vasitələrinin 61-i yük, 28-i minik, 15-i qoşqu, 1-i isə avtobus kateqoriyasına aid olan nəqliyyat vasitəsi olub. Baş vermiş 105 sığorta hadisəsindən yalnız biri sağlamlığa dəyən zərərlə bağlı qeydiyyata alınıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_il_erzinde_tranzit_neqliyyat_vasitelerinin_teqsirinden_105_sigorta_hadisesi_bas_verib-918364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR