Türkiyəni yasa batıran terrorçu erməni çıxdı

Türkiyəni yasa batıran terrorçu erməni çıxdı
14:01 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulun Sultan Əhməd meydanını qana bulayan terrorçu kamikadzenin erməni əsilli olduğu üzə çıxıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror aktını törədən Nabil Fadlinin cəsədinə aid olan hissələrin labaratoriyada analizindən sonra onun şəxsiyyəti ilə bağlı bəzi faktlar müəyyən olunub.

Məlumata görə, 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olan Nabil Fadlinin atasının adı Abdüllatif, anasının adı isə Brijitdir. Onun anasının suriyalı erməni olduğu və erməni kəndində doğulduğu bəllidir.

Terrorçunun yaxın qohumları isə Sultan Əhməddə baş verən hadisə zamanı Nabil Fadlinin adını eşidərkən şok yaşadıqlarını bildiriblər. Onlar Nabil Fadlinin ölüm xəbərini dekabrın 26-da aldıqlarını deyib.

“İŞİD üzvü olduğunu deyən bir nəfər gələrək Nabilin PYD ilə döyüşdə öldüyünü və cəsədinin də həmin bölgədə qaldığını söylədi. Biz də ona yas keçirdik, günlərcə Quran oxuyub dua etdik” deyə ailə üzvləri bildirib.

Atası Fadlinin Türkiyəyə heç getmədiyini deyərək, onu ora kimlərin apardığını, necə özünü partlatmağa razı salmasını heç cür başa düşmədiklərini söyləyib.


Nabil Fadli - Sultan Əhməd kamikadzesi




Barmaq izləri vasitəsilə aşkar edilən məlumata görə, Nabil Fadli bu il yanvarın 6-da qaçqın adıyla Türkiyədən sığınacaq istəyib. O, İŞİD-ə qarşı təhlükəsizlik tədbirləri çərçivəsində diqqət çəkməmək üçün qaçqınları qeydiyyata alan idarənin İstanbuldakı mərkəzinə gəlib və burda onun barmaq izləri götürülüb.

Özünü partladan terrorçunun bir ayağındakı barmaqlarında dırnaqlarının olmaması da diqqət çəkib. Aparılan araşdırma zamanı məlum olub ki, Fadli Suriyada İŞİD tərəfdarı olması şübhəsi ilə Əsəd rejimi gücləri tərəfindən işgəncələrə məruz qalıb və bütün ayaq dırnaqları çıxarılıb.

Yanvarın 12-də İstanbulun mərkəzindəki meydanında törədilən terror nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Terrorçu kamikadze özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.


Sultan Əhməd meydanında baş verən hadisənin ilk görüntüləri

Bu hadisədən 3 gün əvvəl isə üzərində bomba olan bir şəxs özünü polis şöbəsinə yaxınlaşaraq partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR