16 yaşlı gəncin bacısını öldürmə SƏBƏBİ

16 yaşlı gəncin bacısını öldürmə SƏBƏBİ
14:05 14 Yanvar 2016
322 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda itkin düşən qızın qardaşı tərəfindən öldürülərək basdırıldığı məlum olub.

Milli.az axar.az-a istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini, 21 yaşlı Zülfiyyə Məhərrəmova qısqanclıq zəminində qətlə yetirilib.
 
Qardaşı, 16 yaşlı Anar Məhərrəmov ondan şübhələnərək həyatına son qoyub və qəbiristanlıqda basdırıb. Onun qətli törədərkən tək olmadığı ehtimalı da var. Həbs edilən gənc bacısını basdırdığını etiraf edib.
 
Məhərrəmovlar ailəsinin qonşuları Kəpəz TV-yə bildiriblər ki, qızlarının təhsil alması üçün çalışıblar. Onların sözlərinə görə, bu ailəni sakit və heç kəslə ədavəti olmayan biri kimi tanıyıblar.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR