Ailə başçısı evində özünü asdı

Ailə başçısı evində özünü asdı
14:27 14 Yanvar 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb.

Milli.Az bildirir ki, Biləsuvar Rayon Polis Şöbəsindən qafqazinfo-ya verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Qeyd edək ki, Firuz Sadıqov evli idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR