“Skype” bütün mobil platformalarda videozənglərin yeni funksiyasını istifadəyə verəcək

“Skype” bütün mobil platformalarda videozənglərin yeni funksiyasını istifadəyə verəcək
14:43 14 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Populyar” “VoIP” xidməti olan “Skype” ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir.
AZƏRTAC “ain.ua” saytına istinadən xəbər verir ki, bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri (“Android”, “iPhone”, “iPad” və “Windows 10”) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır. Bu funksiya artıq 2 ildir masaüstü kompyuter istifadəçiləri üçün əlçatandır. Lakin, yeni funksıyanın mobil versiyası hələ ki, istifadəyə verilməyib.
Şirkətin məlumatına görə, ödənişsiz qrup videozəngləri yaxın günlərdə “Skype”ın yüz milyonlarla istifadəçilərinin ixtıyarına veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Skype_butun_mobil_platformalarda_videozenglerin_yeni_funksiyasini_istifadeye_verecek-918388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR