"CinemaPlus"un daha 5 kinoteatrı açılacaq

"CinemaPlus"un daha 5 kinoteatrı açılacaq
14:47 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un daha 5 kinoteatrı açılacaq. Bu barədə "Report"a kinoteatrın baş direktoru Zaur Dərabzadə məlumat verib.
Onun sözlərinə görə, bu il Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə veriləcək: "Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" ticarət mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib. Bu il üçün açılması planlaşdırılan növbəti kinoteatr "Gənclik mall" Ticarət Mərkəzində yerləşir ki, orada 9 zal olacaq. Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan mall"da da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub".
Baş direktor onu da əlavə edib ki, 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb.
Xatırladaq ki, hazırda "CinemaPlus" yalnız "28 mall" Ticarət Mərkəzində fəaliyyət göstərir.
Qeyd edək ki, keçən ilin dekabrın 17-də 3 il fəaliyyət göstərən "28 Cinema"nın adı dəyişdirilərək "CinemaPlus" olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/cinemaplus-un-daha-5-kinoteatri-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR