"Yuğ” teatrının binası söküləcək

"Yuğ” teatrının binası söküləcək
14:56 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub”.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir:
 
“Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək”.
 
Şöbədən əlavə ediblər ki, “Yuğ” teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR