Çində qəribə hadisə baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın kök olduğuna görə ondan ayrılan sevgilisindən intiqam almaq üçün qəribə üsula əl atıb. Belə ki, o, xəstəxanada aldırdığı piylərindən sabun düzəltdirərək ayrılan sevgilisinin anasına göndərib. Qızın bu hərəkəti sosial mediada geniş müzakirələrə yol açıb.
Qeyd edək ki, gənc qız göndərdiyi sabunun şəklini şəxsi Tvitter hesabında paylaşıb.