"Neftçi" "CBC Sport Kuboku"na qələbə ilə başlayıb

"Neftçi" "CBC Sport Kuboku"na qələbə ilə başlayıb
14:57 14 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqası və I Divizion klublarının iştirakı ilə "CBC Sport Kuboku"nna start verilib. "Report"un məlumatına görə, AFFA, AZAL PFK və "CBC sport” kanalının birgə təşkil etdiyi turnirə 5 komanda qatılıb.
Yarışda "Neftçi”, AZAL, "Neftçala”, "Şərurspor” və MOİK komandaları qüvvəsini sınayır. Onlar dairəvi sistemlə bir dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər.
İlk qarşılaşma "Bayıl Arena"da Premyer Liqa təmsilçiləri arasında baş tutub. "Neftçi" və AZAL klubları arasındakı matç flaqmanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 40-cı dəqiqədə Araz Abdullayev vurub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR