Telefonlar üçün ödənişsiz videozəng mümkün olacaq

Telefonlar üçün ödənişsiz videozəng mümkün olacaq
15:12 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Skype VOIP" xidməti ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri (Android, iPhone, iPad və Windows 10) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır.

Bu funksiya artıq 2 ildir masaüstü kompüter istifadəçiləri üçün əlçatandır.

Şirkətin məlumatına görə, indi "Skype" internet-telefoniya xidməti üzərindən edilmiş ödənişsiz kollektiv videoçatların ümumi müddəti 2 trilyon dəqiqə təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/397860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR