Cəbrayılın icra başçısı danışdı: "Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burada nə axtarırsan?""

Cəbrayılın icra başçısı danışdı: "Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burada nə axtarırsan?""
15:27 14 Yanvar 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

"Orada heç camaat da yığışmamışdı, öz qohumlarımdı, ərk edib demişəm" 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev sosial şəbəkədə yayılmış videosundan danışıb.

Milli.Az bildirir ki, icra başçısı lent.az-a açıqlamasında həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib: "Mən oraya getmişdim, amma bilmirəm ki, orada kim qışqırır, kim-kimi söyür. Orada elə bir söyüş də olmayıb. Bir dənə "köpəkoğlu" sözü deyilib, vəssalam. Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burada nə axtarırsan?" Orada heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar.  Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdır. Heç bir təhqir  olmayıb".

M.Quliyev əlavə edib ki, qiymətlərin süni artımının qarşısının alınması istiqamətində tədbirlər görülür: "Dünən sahibkarlarla da profilaktik söhbət etmişik, süni qiymət artımına yol verməmələri tövsiyə olunub. Dollarla gələn malın, əlbəttə, qiyməti qalxmalıdır. Kənd camaatının sahəsi var, malı var. Əkinlə-biçinlə məşğul olsunlar. Göy, soğan, kartof əksinlər. Mağazadan nə lazımdır ki? Bir dənə çay-qənddir də".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR