“Neftçi” klubu AZAL-a tək qolla qalib gəlib

“Neftçi” klubu AZAL-a tək qolla qalib gəlib
15:33 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Qış fasiləsini Azərbaycanda keçirən futbol klublarının iştirakı ilə təşkil olunan “CBC Sport” kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, beş komandanın qatıldığı yarışın ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnirin ilk matçında Topaz Premyer Liqasının iki komandası - “Neftçi” ilə AZAL üz-üzə gəlib.
Bu komandaların Topaz Premyer Liqasının turnir cədvəlində qonşu pillələrdə olması da matça maraq qatıb. Mövsümün hər iki görüşündə rəqibinə uduzan “Neftçi” məğlubiyyətlərin əvəzini bu oyunda çıxa bilib. Belə ki, 39-cu dəqiqədə Araz Abdullayevin vurduğu qol “Neftçi”yə minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bir dövrəli sistemlə keçirilən turnirdə “Neftçi” və AZAL ilə yanaşı, I divizion təmsilçiləri "Neftçala", "Şərurspor" və MOİK də mübarizə aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_klubu_AZAL_a_tek_qolla_qalib_gelib-918411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR