Oğru planşeti istifadə etmədiyi üçün yiyəsinə qaytardı

Oğru planşeti istifadə etmədiyi üçün yiyəsinə qaytardı
17:57 30 Dekabr 2014
233 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərədə mağazadan oğurluq edən şəxsin hərəkəti hər kəsi heyrətə salıb. O, xeyriyyə mağazasından oğurluq edib. Oğurladığı əşyalar arasında planşet də olub. Android əməliyyat sistemi ilə çalışan planşeti işlədə bilmədiyi üçün mağazaya geri qaytarıb.

Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, hadisə İngiltərənin Sanderlend şəhərində baş verib. Planşeti oğurlayan Kristofer Hudson oğurladığı planşeti 8 gün sonra elə həmin mağazaya gətirib. Onu xeyriyyə məqsədi ilə mağazaya verdiyini deyib. Bu zaman polis onu saxlayıb.

Elədiyi hərəkətə görə 75 funt cərimə olunub. Planşetin öz qiyməti isə 50 funtdur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR