Dövlət Statistika Komitəsinin qarşısındakı yolda nəqliyyatın rahat hərəkəti üçün təklif hazırlanıb

Dövlət Statistika Komitəsinin qarşısındakı yolda nəqliyyatın rahat hərəkəti üçün təklif hazırlanıb
15:43 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC
Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aidiyyəti qurumlara təklif ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı mətbuat konfransında deyib.
Onun sözlərinə görə sözügedən ərazidə yerləşən dairədə üçbucaq formasında olan adacığın dəyişdirilərək başqa formada olması üçün aidiyyəti qurumlara müraciət göndərilib. Bu təkliflin məqsədi həmən ərazidə sıxlığın aradan qaldırılması və nəqliyyat vasitələrinin daha rahat şəkildə digər istiqamətlərə hərəkətini təmin etməkdir.
NİİM rəsmisi aidiyyətı qurumlara ümumilikdə 70-ə yaxın təklif irəli sürüldüyünü və onlardan 30-nun artıq icra olunduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Statistika_Komitesinin_qarsisindaki_yolda_neqliyyatin_rahat_hereketi_uchun_teklif_hazirlanib-918414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR