İŞİD komandiri öldürüldü

İŞİD komandiri öldürüldü
15:52 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Müdafiə Nazirliyi İŞİD komandirinin ölümü barədə məlumat yayıb. 

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi İŞİD-in kamikadzeləri hazırlayan komandiri Məhəmməd əl-Rauinin öldüyünü elan edib. 

"Daxili İşlər Nazirliyinin kəşfiyyat qrupu terrorçu Məhəmməd Əbd Manaf əl-Rauinin Abu-Kamal şəhərində öldüyünü elan edir. Terrorçu yanvarın 7-də həyata keçirilən əməliyyat zamanı aldığı yaradan ölüb. Kəşfiyyat qrupu ölən terrorçunun Bağdadda kamikadzelərin hazırlanmasına cavabdeh olduğunu təsdiqləyib. Həmçinin o, partlayıcı qurğu quraşdırılmış maşınların Bağdad və Ramadi şəhərlərinə göndərilməsinə rəhbərlik edib", - deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, Əl-Raui beynəlxalq axtarışda olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR