Şimon Peres infarkt oldu

Şimon Peres infarkt oldu
16:01 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin keçmiş prezidenti Şimon Peres ürəyində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, keçmiş prezidentin sinə nayihəsində şiddətli ağrılarla həkimə müraciət edib.

92 yaşlı prezidentin infarkt keçirdiyi və əməliyyat olunduğu bildirilir. Təl-Əviv yaxınlığındakı xəstəxanalardan birində əməliyyat olunan prezidentin vəziyyəti hazırda qənaətbəxşdir. Bu barədə mətbuata açıqlamanı eks-prezidentin sözçüsü Ayelet Friş verib.


Təl-Əviv - xəstəxana


Keçmiş prezident 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. O, İsrailin sayca 9-cu prezidenti olub. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. "Avod" (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb.

2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəklinin 58-inin səsini toplaya bilir. İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir.

2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR