Gürcüstanın Azərbaycanla bağlı ən son mövqeyi

Gürcüstanın  Azərbaycanla bağlı ən son mövqeyi
16:01 14 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Gürcüstanın strateji partnyoru və dostudur. Biz problemləri partnyorlarla birlikdə həll etmək istəyirik”.

ANS RPESS-in məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanla qaz danışıqlarını şərh edərkən deyib. Kvirikaşvili bildirib ki, heç bir texniki maneə bizim əməkdaşlığımızın inkişafına mane ola bilməz.

“Gürcüstanın Azərbaycandan qaz aldığı hər iki kəmər tam gücü ilə işləyir. Müəyyən addımlar atılır ki, qaz kəmərləri vasitəsilə təchizatın həcmləri artırılsın”.


Georgi Kvirikaşvili - Gürcüstanın baş naziri


Gürcüstan parlamentinin sədri David Usupaşvili də Azərbaycanla qaz danışıqlarını şərh edib. Parlament sədri bildirib ki, bizim əsas qaz təchizatçımız Azərbaycan olaraq qalır.

Usupaşvili “Qazprom”dan “mavi yanacaq” alınmasınada münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə daima qaz məsələsində əməkdaşlıq edib. “ Çoxları fikirləşir ki, biz “Qazprom”u indi tapmışıq. Uzun illərdir Rusiya Gürcüstan üzərindən tranzit keçməklə Ermənistana qaz nəql edir. Bunu müqabilində, biz Rusiyadan alırıq və bu proses davam edir”, -deyə David Usupaşvili bildirib.

Parlament sədri ölkədə Rusiya ilə qaz məsələsində əməkdaşlıq edənlərə də səslənib. “2011, 2010, 2009, 2008 –ci illərdə ekspert, jurnalist, keçmiş hökumət nümayəndələri Rusiyadan qaz alınmasını Gürcüstanın müstəqilliyinə təhlükə yaratdığını demirdi. Biz bundan sonra da Rusiyadan qaz alacağıq. Amma əsas partnyorumuz Azərbaycandır. Biz gələcəkdə İrandan da qaz alınmasını nəzərdən keçiririk”,-deyə Usupaşvili bildirib.


David Usupaşvili - Gürcüstan parlamentinin sədri


Bir neçə gün əvvəl Mixail Saakaşvilinin partiyası "Vahid Milli Hərakat" - Gürcüstan hökumətindən Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsinin şərtlərini elan etməyi tələb edirdi.

Etirazçılar Rusiyanın enerji siyasinin Gürcüstanın müstəqiliyinin əleyhinə təhlükə yaratdığını bildirirdilər. Onlar Azərbaycanın Gürcüstana qaz ötürməsini daha sərfəli hesab edirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR