Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 16 nəfər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 16 nəfər təxliyə edilib
16:07 14 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yayılıb. 
Məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin təxliyə olunub. 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/sumqayitda-coxmertebeli-yasayis-binasinda-yangin-olub-16-nefer-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR