Çoxmərtəbəli binada yanğın: 16 sakin təxliyə edildi

Çoxmərtəbəli binada yanğın: 16 sakin təxliyə edildi
16:12 14 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, binanın  4-cü mərtəbəsində vətəndaşa məxsus mənzilin eyvanında 1 ədəd 5 litrlik propan qaz balonunun alışması nəticəsində 2 kvadrat metr sahədə ev əşyaları yanıb.
 
Yanğın zamanı yuxarı mərtəbələrdən 16 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR