Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
16:13 14 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC 
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Qubada vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon rayonlarının sakinləri iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Quba (050-200-27-37; 070-202-27-37), Qusar (055-435-76-16; 070-317-24-13), Siyəzən (050-569-43-76), Şabran (050-351-79-05; 055-612-26-62) və Xaçmaz (050-270-80-60) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_ve_idman_naziri_Qubada_vetendaslari_qebul_edecek-918430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR