Azərbaycan Çexiyaya DİN-lər arasında əməkdaşlığa dair saziş layihəsini təqdim edib

Azərbaycan Çexiyaya DİN-lər arasında əməkdaşlığa dair saziş layihəsini təqdim edib
16:33 14 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağa nazirliyin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənəcəyinə, srateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri hər iki dövlətin analoji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı ofisi vasitəsilə yarandığını bildirib.

Qeyd olunub ki, hələ 2003-cü ilin iyun ayında adıçəkilən qurumla DİN arasında A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, sözügedən tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb, təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çexiyada olublar.

Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir V.Pivonka səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2480468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR