Yeni ISO 9001:2008 sertifikatı İqtisad Universitetinə təqdim edilib

Yeni ISO 9001:2008 sertifikatı İqtisad Universitetinə təqdim edilib
16:33 14 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Türk Standartları İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) yenilənən ISO 9001:2008 sertifikatını təqdim edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, sertifikata əsasən, bu ali məktəbin bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqlənib və vaxtı üç ilədək uzadılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Türk Standartları İnstitutunun auditorları ISO standartlarına uyğun olaraq ADİU-da keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_ISO_90012008_sertifikati_Iqtisad_Universitetine_teqdim_edilib-918444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR