Bakıda teatr binası sökülür

Bakıda teatr binası sökülür
16:41 14 Yanvar 2016
20 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Yuğ Teatrı ünvanını dəyişir.

Bu barədə ANS PRESS-ə teatrın direktou Tərlan Rəsulov məlumat verib. Onun sözlərinə görə, teatrın yerləşdiyi ərazidə dövlət tərəfindən tikinti işləri aparıldığından kollektivə yeni məkana köçürüləcəkləri bildirilib:

“Mədəniyyət və Turizm Nazirliyi hazırda teatrın köçürülməsi məsələləri ilə məşğuldur. Hələlik hansı ünvanda fəaliyyət göstərəcəyimiz bilinmir. Bu, hansısa teatr da ola bilər, başqa bir məkan da. Bir həftə ərzində burdayıq. Amma burda da tikintini aparanların qrafiki ilə işləyirik”, deyə Yuğ Teatrının direktoru qeyd edib.


Tərlan Rəsulov - Yuğ Teatrının direktoru


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən də Yuğ Teatrının köçürülməsinin paytaxtda aparılan yenidənqurma işləri ilə əlaqədar olduğunu dedilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov yeni ünvan barədə yaxın vaxtda açıqlama veriləcəyini söyləyib:

“Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü-abadlıq işləri həyata keçirilir. Bununla əlaqədar “Yuğ” teatrının Murtuza Muxtarov küçəsi 83 ünvanında yerləşən binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra bu barədə məlumat veriləcək”.

Binası sökülən “Yuğ” teatrı üçün gələcəkdə yeni binanın tikintisi məsələsi də nazirliyin gündəmindədir.


Vüqar Şıxəmmədov - Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri




Azərbaycan Dövlət "Yuğ" Teatrının əsası 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub. Hazırda bədii rəhbəri və direktoru Tərlan Rəsulov olan teatrda 20-dən çox aktyor heyəti fəaliyyət göstərir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR