Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk sınaq qatarı hərəkətə buraxılıb

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk sınaq qatarı hərəkətə buraxılıb
17:58 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq qatarı hərəkətə buraxılıb.

Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində dekabrın 26-da ilk sınaq qatarı hərəkətə buraxılıb.

Bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak ediblər.

Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatdırılıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün şərait yaradılıb.

Layihənin tam başa çatdırılması 2015-ci ilin sonuna nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR