Google Rusiya hakimiyyətindən imtina etdi

Google Rusiya hakimiyyətindən imtina etdi
16:47 14 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Google Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina edir və cinayətkarlıqla mübarizə, vətəndaşların şəxsi məlumatlarının müdafiəsi barədə sorğulara cavab vermir.
 
Lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin internet məsələləri üzrə yeni müşaviri German Klimenko deyib. O bildirib ki, Google ABŞ Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosundan (FBİ) gələn ildə 32 min sorğuya cavab verərkən Rusiyanın hər hansı sorğusunu cavablandırmır. Müşavir "YouTube"dan da narazılığını dilə gətirib və videohostinqin "Roskomnadzor"un müraciətlərini nadir hallarda təmin etdiyini söyləyib.
 
G. Klimenko kibercinayətkarların əsasən xarici İT xidmətlərindən yararlandığını, Rusiya İT şirkətlərinin və internet resurslarının isə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR