2 azərbaycanlıda 142 min dollarlıq Venesuela pulu aşkar edildi

2 azərbaycanlıda 142 min dollarlıq Venesuela pulu aşkar edildi
17:01 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında 2 Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılan zaman onların üzərində külli miqdarda vəsait olub.

ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə ,İstanbul -Sankt-Peterburq reysi ilə yola düşən azərbaycanlılardan birinin üzərində gömrük bəyannaməsində göstərilməyən 379 min 200 (60 266 dollar), digərinin üzərində isə 511 min 700 (81 324 dollar) Venesuela valyutası olan bolivar aşkar olunub. Azərbaycan vətəndaşlarının üzərində aşkar olununan Venesuela milli valyutası isə indiki kursla cəmi 142 min dollar edir.


Venesuela valyutası

Faktla bağlı azərbaycanlılara qarşı Rusiya Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə cinayət işi açılıb.

Analoji hadisə ötən ilin avqustunda da baş verib. Rusiyanın hava limanında 5 azərbaycanlı saxlanılıb.Saxta sənəd təqdim etdikləri üçün onlara cinayət işi açılıb.Onların hər biri 80 min rubl (təxminən 1200 manat) dəyərində cərimələnib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR