FİFA "Real Madrid"lə "Atletiko"nun yeni futbolçular sifariş etməsinə qadağa qoyub

FİFA "Real Madrid"lə "Atletiko"nun yeni futbolçular sifariş etməsinə qadağa qoyub
17:02 14 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ FİFA İspaniyanın "Real Madrid" və "Atletiko" klublarının yeni futbolçular sifariş etmələrinə qadağa qoyub. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna paytaxt təmsilçilərinin yetkinlik yaşına çatmayan futbolçular transfer etmələri səbəb olub. 
Qərara əsasən, hər iki klub qış və yay transfer dövründə sifariş ərizələrinə yeni oyunçular daxil edə bilməz. Lakin qərar "pəncərə"lər zamanı futbolçuların qeydiyyatına təsir etməyəcək. Bununla yanaşı, "Real Madrid" 900 min, "Atletiko" isə 360 min İsveçrə frankı məbləğində cərimələnib. Hər iki kluba vəziyyəti qaydasına salmaq üçün 90 gün vaxt verilib. 
Qeyd edək ki, daha öncə İspaniyanın "Barselona" klubu da 18 yaşına çatmamış futbolçuların transferi və qeydiyyatı səbəbindən FİFA sanksiyası ilə üzləşib. Kataloniya təmsilçisi ötən ilin qış və yay transfer dövrlərində yeni oyunçuları qeydiyyata sala bilməyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-i-spaniyanin-daha-2-klubunun-yeni-futbolcular-sifaris

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR