​Əli Kərimlinin müşavirinin oğluna inzibati həbs cəzası verilib

​Əli Kərimlinin müşavirinin oğluna inzibati həbs cəzası verilib
17:02 14 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Turan İbrahim inzibati qaydada həbs edilib.
Bu barədə "Report"a T.İbrahimin əmisi Həsrət İbrahimov məlumat verib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Turan İbrahimə 7 sutka müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Ona İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, T.İbrahim AXCP sədri Əli Kərimlinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğludur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR