Təhsil Nazirliyi: "25 693 müəllim diaqnostik qiymətləndirmədən keçib"

Təhsil Nazirliyi: "25 693 müəllim diaqnostik qiymətləndirmədən keçib"
17:29 14 Yanvar 2016
145 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

Bildirilib ki, əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq.

Qeyd edək ki, müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi 2016-cı il ərzində keçiriləcəkdir. Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR