"Harri Potter"in qəhrəmanı vəfat etdi

"Harri Potter"in qəhrəmanı vəfat etdi
17:36 14 Yanvar 2016
66 Şou
Ölkə mətbuatı
A- A+

İngilis aktyor Alan Rikman 69 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Harri Potter" filmində canlandırdığı Severus Snape roluyla daha çox tanınan aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

O, karyerası boyunca "BAFTA", "Qızıl qlobus", "Emmi" kimi mükafatlara layiq görülüb. A.Rikman 1989-cu ildə Bruis Uillislə çəkildiyi "Çətin ölüm" filmi ilə tanınmağa başlayıb.

Həm də teatr rejissoru olan Rikman son olaraq Conni Depp və Anna Heytveyin də iştirak etdiyi, bu ilin mayında təqdim olunacaq "Alisa möcüzələr diyarında: aynanın içindən" filmində çəkilib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR