ABŞ-da ermənilər dələduzluğa görə həbs olundular

ABŞ-da ermənilər dələduzluğa görə həbs olundular
17:37 14 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərinin erməni sakini Ovik Simityan mənimsədəyi 1,7 milyon dolları geri qaytarmaq şərti ilə 78 ay azadlıqdan məhrum edilib.

Milli.Az Report-a istinadən bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, "Columbia Medical Group Inc.", "Life Care Medical Clinic" və "Safe Health Medical Clinic" klinikaları faktiki olaraq 48 yaşlı erməniyə məxsus olub. Klinika lisenziyalı həkimin adına sənədləşdirlisə də, müəssisəni özü idarə edib.

O.Simityan 2014-cü il oktyabrın 8-də həbs olunsa da, 100 min dollarlıq girov qarşılığında sərbəst buraxılıb.
Məlumata görə, O.Simityan və ortağı ABŞ-ın Qlendeyl şəhərinin erməni sakini, 49 yaşlı Anait (ona Anna və Enn də deyirlər) Şatovryanla birlikdə "Medicare" sığorta şirkətinin adından istifadə edərək, dələduzluq yolu ilə pul mənimsəyirmişlər.

Onlar 15-dən çox pasiyentin adından saxta sığorta sənədləri hazırlayıblar. Prokurorluğun məlumatına əsasən, O.Simityan və A.Şatovryan yuxarıda adları göstərilən 3 klinikanın hesabına 4 milyon 526 min 791 dollar köçürdərək, saxtakarlıq yolu ilə oradan bir milyon 668 min 559 dollar əldə ediblər.
A.Şatovryan isə 4 il 3 ay azadlıqdan məhrum olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR